Ezonn Xəbər

Prezident İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur

Prezident İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. APA -nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib. Dövlət başçısı bildirib ki, ondan 7 ay sonra burada Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu Azərbaycan-Türkiyə əlaqələrini rəsmən müttəfiqlik səviyyəsindən qaldırıb: “Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Və bu bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi sadəcə olaraq bu tarixi mədəni əlaqələri rəsmi çərçivəyə salıb. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir”. Prezident İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bizi də gücləndirir Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO Ərdoğan: Türkiyə-Azərbaycan münasibətləri tarixin müxtəlif sınaqlarından keçib Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Ərdoğan: Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik Prezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idi Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt məqsədlərinə çata bilməyəcək Türkiyə lideri: Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işlərini böyük təqdirlə izləyirik Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO Ərdoğan: Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni mərhələnin qapısını açıb Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq