Prezident İlham Əliyev: Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
“Bu gün Türkiyə dövləti əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında söz sahibidir. Türkiyə nəinki bölgədə gedən proseslərə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərə də təsir göstərir”. APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib. Dövlət başçısı qeyd edib ki, Türkiyənin güclü iqtisadiyyatı, sənaye potensialı və siyasi çəkisi bu gün reallıqdır: “Bu, bizi çox sevindirir və bizi də gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçib və bu gün həmin yolla inamla irəliləyir. Birlikdə biz daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu birlik sabitlik, əməkdaşlıq və təhlükəsizlik faktorudur”. Prezident İlham Əliyev: Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir Bakıda Zəfər Günündə hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib - FOTO Prezident İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bizi də gücləndirir Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO Ərdoğan: Türkiyə-Azərbaycan münasibətləri tarixin müxtəlif sınaqlarından keçib Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Prezident: 44 gün ərzində Türkiyə Prezidenti və qardaş türk xalqı bizim yanımızda idi Ərdoğan: Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt məqsədlərinə çata bilməyəcək Türkiyə lideri: Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işlərini böyük təqdirlə izləyirik Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO Ərdoğan: Azərbaycanın torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni mərhələnin qapısını açıb