FAKTİKİ HAVA: Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 8-i saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə intensiv xarakterlidir. Bakıda və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Goranboyda arabir yağış, Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Sarıbaşda (Qax) isə qar yağır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 24 metrədək güclənir. Ən son xəbərləri bizim Threads kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026