Ezonn Xəbər

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu, sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında söyləyib. “Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada - Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq”, - dövlət başçısı əlavə edib.