Ərdoğan: “Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər”

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir. Yenicag.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin əhəmiyyətini vurğulayaraq deyib: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər zamanın sınağından keçib. Bu gün biz “Bir millət, iki dövlət” kəlamında təcəssüm olunan qəlblərin birliyindən danışırıq. Əlaqələrimiz ortaq keçmişimizdən güc alır. Qardaşlığımız dil, tarix və mədəniyyətin ümumiliyinin hüdudlarını çoxdan aşıb. Məhz buna görə bu gün Bakı ilə Ankaranın sevincini bir-birindən ayırmırıq”. Ərdoğan vurğulayıb ki, 2021-ci il iyununda Şuşa Bəyannaməsində təsbit olunan Ankara ilə Bakı arasındakı qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026