Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
© APA | Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa ölkələrinin nümayəndələri gələn həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda iştirak edəcəklər. APA xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasına müsahibəsində bildirib. Nazir qeyd edib ki, Avropa ölkələri danışıqlarda geniş şəkildə təmsil olunacaq. “Avropa ölkələri danışıqlarda lazımi səviyyədə təmsil olunacaqlar. Fransa da bu müzakirələrdə iştirak etmək üçün Əbu-Dabidə olacaq”, – deyə o vurğulayıb. Barro Fransanı danışıqlarda kimin təmsil edəcəyinin hələ müəyyənləşmədiyini, lakin ölkəsinin iştirakının dəqiq olduğunu bildirib. Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun noyabrın 10-11-də Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcəyini açıqlayıb. Danışıqlarda Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik təminatları və gərginliyin azaldılması məsələlərinin müzakirəsi nəzərdə tutulur. Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Prezident İlham Əliyev: Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir Bakıda Zəfər Günündə hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib - FOTO Prezident İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bizi də gücləndirir Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - VİDEO Ərdoğan: Türkiyə-Azərbaycan münasibətləri tarixin müxtəlif sınaqlarından keçib