Ezonn Xəbər

Şəmkirdə ağır qəza - Ölən və yaralananlar var

Şəmkirdə ağır qəza - Ölən və yaralananlar var
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunun Keçili kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb. Nəticədə, 2008-ci il təvəllüdlü Teymur Orucov hadisə yerində ölüb. Sürücü 20 yaşlı Vüsal Əmrahov və sərnişinlərdən 2002-ci il təvəllüdlü Cahid Rüstəmov xəsarət alıblar.