Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub

Ezonn TV «Naxçıvan Xəbərləri» mənbəsinə istinadən xəbər verir.
Müdafiə naziri Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub. "NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı deyib. "Zakir Həsənov xəstələndi, Covid oldu", - Prezident İlham Əliyev qeyd edib. Dövlət başçısı müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Zakir Həsənova salam söyləməyi tapşırıb, şəfa arzulayıb. Xatırladaq ki, bu gün 8 Noyabr - Zəfər Günü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndə heyəti ilə birlikdə Azərbaycana səfər gəlib. Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada görüş keçirib.