Prezident Ərdoğan sosial şəbəkə hesabında Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 44 günlük Vətən müharibəsində Qələbənin altıncı ildönümü münasibətilə təbrik edib. Yenicag.az xəbər verir ki, Türkiyə liderinin sosial şəbəkə hesabında təbrik paylaşımı bazar günü yerləşdirilib. “Qarabağın 30 illik işğaldan azad edilməsini təcəssüm etdirən Zəfər Gününün 6-cı ildönümü münasibətilə dost və qardaş Azərbaycanı ürəkdən təbrik edirəm. Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edir, qazilərə minnətdarlığımı bildirirəm”, – deyə Türkiyə liderinin sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd olunub. Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026