Xorvatiyada avtobus aşıb, 2 nəfər ölüb, 33 nəfər yaralanıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Xorvatiyada sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölüb, 33 nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Xorvatiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə noyabrın 8-də yerli vaxtla saat 07:25 radələrində A3 magistral yolunun İvaniç-Qrad şəhəri yaxınlığından keçən hissəsində, Zaqreb istiqamətində baş verib. Serbiya dövlət qeydiyyat nişanlı avtobus yoldan çıxaraq aşıb. Qəza zamanı avtobusda 33 sərnişin və 2 sürücü olub. Nazirliyin məlumatına görə, xəsarət alanlardan 6-nın vəziyyəti ağırdır, 27 nəfər isə yüngül xəsarətlər alıb. Yaralılar Zaqrebdəki bir neçə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və tibbi helikopter cəlb olunub. Xorvatiyanın Baş naziri Andrey Plenkoviç həlak olanların ailələrinə başsağlığı verib. Xorvatiyada avtobus aşıb, 2 nəfər ölüb, 33 nəfər yaralanıb Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Prezident İlham Əliyev: Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir Bakıda Zəfər Günündə hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib - FOTO Prezident İlham Əliyev: Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bizi də gücləndirir