Ezonn Xəbər

Premyer Liqa: “Sumqayıt” “Zəfər turu”nda “İmişli” ilə heç-heçə etdi

Premyer Liqa: “Sumqayıt” “Zəfər turu”nda “İmişli” ilə heç-heçə etdi
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Yenicag.az xəbər verir ki, günün ilk matçında “İmişli” “Sumqayıt”ı qəbul edib. Yevlax şəhər stadionundakı qarşılaşma qolsuz yekunlaşıb. Meydan sahibləri 11 xalla səkkizinci, “gənclik şəhəri” təmsilçisi 10 xalla doqquzuncu pillədə qərarlaşıb. Tura “Sabah” – “Şamaxı” görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq. Peşəkar Futbol Liqasının qərarı ilə XI tur “Zəfər turu” adlanıb. Xatırladaq ki, turun əvvəli oyunlarında “Turan Tovuz” “Qarabağ”ı, “Neftçi” “Kəpəz”i (hər ikisi 1:0), “Zirə” “Qəbələ”ni (2:1) məğlub edib. “Şəfa” – “Araz-Naxçıvan” oyununda isə qalib müəyyənləşməyib – 2:2. Ən son xəbərləri bizim Instagram səhifəmizdə izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026