Ezonn Xəbər

İşğaldan azad edilən torpaqlarımızın qürur xronikası – VİDEO

İşğaldan azad edilən torpaqlarımızın qürur xronikası – VİDEO
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərin ildönümü ilə bağlı yeni videoçarx hazırlanıb. Pravda.az xəbər verir ki, videoçarxda Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində işğaldan azad edilən ərazilərdə yaşanan tarixi anlar əks olunub. Kadrlarda Füzuli və Cəbrayıl şəhərlərində Azərbaycan bayrağının ucaldılması, Ağdam, Zəngilan və Qubadlı rayonlarının azad olunması ilə bağlı görüntülər yer alıb. Həmçinin Laçın şəhərində və Azərbaycanın mədəniyyət paytaxtı Şuşada üçrəngli bayrağımızın dalğalandırıldığı anlar nümayiş etdirilib. Videoçarxda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin əhəmiyyəti və xalqımızın yaddaşına həkk olunan “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” şüarı da öz əksini tapıb. Materiallardan istifadə zamanı istinad mütləqdir.