Ezonn Xəbər

Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb

Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Misirin Giza vilayətində iki sərnişin qatarının toqquşması nəticəsində 140 nəfər xəsarət alıb. APA Misirin “Əş-Şüruq” nəşrinə istinadən xəbər verir ki, hadisə Əl-Əyyat şəhəri yaxınlığında, Kəfr Əmmar və Ər-Rəqqa stansiyaları arasında baş verib. Məlumata görə, Giza–Fəyyum marşrutu üzrə hərəkət edən 134 nömrəli qatar Qahirə–Asuan istiqamətində gedən 2010 nömrəli qatarın arxa hissəsinə çırpılıb. Toqquşma nəticəsində qatarın dörd vaqonu relsdən çıxaraq aşıb. Hadisə yerinə 20-dən çox təcili tibbi yardım avtomobili, xilasedicilər və təhlükəsizlik qüvvələri cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Qəza ilə əlaqədar bölgədəki xəstəxanalar gücləndirilmiş iş rejiminə keçirilib. Misir prokurorluğu hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlayıb. Xəsarət alanların dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb Tovuzda iki avtomobil toqquşub, onlardan biri divara çırpılıb Azərbaycan və Türkiyə prezidentləri Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar Xorvatiyada avtobus aşıb, 2 nəfər ölüb, 33 nəfər yaralanıb Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Prezident İlham Əliyev: Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir