Ezonn Xəbər

Vaqonlar relsdən çıxdı, 150 nəfər yaralandı

Vaqonlar relsdən çıxdı, 150 nəfər yaralandı
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Misirin şimalındakı Əl-Ayyat şəhərində qatarın dörd vaqonu relsdən çıxıb. Nəticədə azı 150 nəfər xəsarət alıb. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə yerinə 50-dən çox təcili tibbi yardım avtomobili cəlb olunub. Xəsarət alanların və ölənlərin sayı ilə bağlı məlumatların hələ yekun olmadığı bildirilir. Hüquq-mühafizə orqanları qəzanın səbəblərini və dəymiş ziyanın miqdarını araşdırır.