Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə sosial şəbəkədə paylaşım edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə Azərbaycanı təbrik edib. APA xəbər verir ki, Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən məmnunluğunu ifadə edib. “Altı il əvvəl qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı qələbə Azərbaycanın haqq işinin ən gözəl təzahürü və bütün Türk dünyasının qürur mənbəyi olmaqda davam edir”, – deyə Türkiyə Prezidenti bildirib. Ərdoğan qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyub. “Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan qələbəni davamlı sülh və sabitliklə möhkəmləndirməkdir. Biz Azərbaycanın haqq mübarizəsini dəstəklədiyimiz kimi, bölgəmizdə davamlı sülhün bərqərar olması istiqamətində səmimi səylərini də dəstəkləyirik”, – deyə o vurğulayıb. Türkiyə Prezidenti Qarabağın yenidən qurulması və bölgənin əvvəlki həyatına qovuşdurulması istiqamətində Azərbaycanın həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyini bildirib. “Qarabağda yenidən yanan hər ocaq, ucaldılan hər tikili və bərpa edilən hər tarixi irs nümunəsi Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”, – deyə Ərdoğan əlavə edib. Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə sosial şəbəkədə paylaşım edib Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb Tovuzda iki avtomobil toqquşub, onlardan biri divara çırpılıb Azərbaycan və Türkiyə prezidentləri Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar Xorvatiyada avtobus aşıb, 2 nəfər ölüb, 33 nəfər yaralanıb Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək