Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarixi, təbiəti və mədəniyyəti ilə seçilən gözəl Şuşa şəhərində qeyd etməkdən məmnun oldum. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X-dəki hesabında yazıb. "Altı il əvvəl qardaşım İlhamın qətiyyətli rəhbərliyi altında birləşən Azərbaycan xalqı Qarabağı böyük qəhrəmanlıqla azad etdi. Bu şanlı qələbə Azərbaycanın haqq işinin ən gözəl təzahürü və bütün türk dünyası üçün qürur mənbəyi olaraq qalmaqdadır. 44 günlük Vətən Müharibəsi yolu ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövr açdı".