İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İranın cənubunda bir neçə partlayış baş verib, Hörmüz boğazında və ətraf sularda gəmilərlə bağlı insidentlər qeydə alınıb. APA Reuters-ə istinadən xəbər verir ki, partlayış səsləri İranın Qeşm adasında və Cask limanında eşidilib. İranın dövlət mediası partlayışların ABŞ-nin hücumları ilə deyil, ölkənin hərbi qüvvələrinin fəaliyyəti ilə əlaqəli ola biləcəyini bildirib. İran rəsmiləri ərazilərə raket zərbələrinin endirildiyini təsdiqləməyiblər. Qeşm adasına iki raketin düşməsi barədə yayılan məlumatlar da müstəqil şəkildə təsdiqini tapmayıb. Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin mina ilə toqquşduqdan sonra alovlandığını açıqlayıb. İran tərəfinin məlumatına görə, gəmilər icazə verilməyən marşrutla hərəkət edirmiş. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə Oman körfəzində İran limanlarından birinə daxil olduqdan sonra bölgəni tərk etməyə çalışan kommersiya gəmisinin vurularaq hərəkətsiz vəziyyətə gətirildiyini bildirib. ABŞ tərəfi gəminin xəbərdarlıqlara məhəl qoymadığını və İrana qarşı tətbiq edilən dəniz blokadasını pozmağa çalışdığını iddia edib. Gəmilərlə bağlı insidentlərin təfərrüatları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Qeyd edək ki, Hörmüz boğazında son aylarda gəmilərə hücumların artması regionda dəniz nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqları gücləndirib. İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə sosial şəbəkədə paylaşım edib Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib