Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib

Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən məşhur misralarını səsləndirib. Pravda.az bildirir ki, Ərdoğan bu misraları Prezident İlham Əliyevlə mətbuata bəyanatı zamanı deyib. Birdir bizim hər halımız, Diləyimiz, amalımız, Bayraqlarda hilalımız Azərbaycan-Türkiyə. Ərdoğan daha sonra ay-ulduzlu Türkiyə bayrağı ilə Azərbaycan bayrağının göylərdə daim yan-yana dalğalanmasını arzulayıb və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Materiallardan istifadə zamanı istinad mütləqdir.