Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Qazaxda yük avtomobilinin sürücüsü infarkt keçirərək vəfat edib. Modern.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAZ" markalı yük avtomobilini idarə edərkən qəfil halı pisləşib. O, nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşüb, lakin bir qədər sonra vəfat edib.