Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində heç bir siyasi blok qəti qələbə qazana bilməyib. APA “Associated Press” agentliyinə istinadən xəbər verir ki, seçkilərin ilkin nəticələrinə əsasən, Baş nazir Kristofer Laksonun rəhbərlik etdiyi sağ-mərkəzçi koalisiya parlamentdə cüzi üstünlük əldə edib. İlkin hesablamalara görə, hakim Milli Partiya 42, onun koalisiya tərəfdaşları ACT 13, “New Zealand First” isə 12 mandat qazanıb. Beləliklə, hakim koalisiya 131 yerlik parlamentdə 67 mandata sahib olub. Əsas müxalifət qüvvəsi olan Leyboristlər Partiyası 36, Yaşıllar Partiyası 16, Maori Partiyası isə 5 mandat əldə edib. Bununla belə, təxminən 400 min xüsusi səs hələ hesablanmayıb. Bu səslər arasında xaricdə yaşayan vətəndaşların verdiyi səslər də var. Seçki Komissiyasının məlumatına görə, yekun nəticələr noyabrın 27-də açıqlanacaq. Baş nazir Kristofer Lakson hakim koalisiyanın yenidən hökumət formalaşdırmaq imkanının olduğunu bildirib. Leyboristlər Partiyasının lideri Kris Hipkins isə yekun nəticələr açıqlanana qədər məğlubiyyəti qəbul etməyib. Seçkilərin nəticəsindən asılı olaraq ölkədə yeni koalisiya danışıqlarının aparılması gözlənilir. Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb Prezidentin sosial media hesablarında Ərdoğanla Şuşadakı görüşündən paylaşım edilib - VİDEO Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib