AzTV-ni “İdman”a, ATV-ni “Xəzər”ə çevirən KATV

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bir neçə gündür KATV kabel televiziyasında problemlər yaşanır. Belə ki, gecə yarıdan sonra kabel televiziyasında təqdim edilən kanallar qarışır. Qeyd edilib ki, bir necə gündür gecə yarıdan sonra dalğa qəfil kəsilir və qısa aradan sonra həmin tezlikdə tamamilə başqa kanalın yayımı başlayır. Məsələn, ötən gecə AzTV-nin dalğasında İdman TV, ATV-nin dalğasında Xəzər TV yayımlanmağa başladı, ATV və digər kanalların dalğalarında isə rus kanalları təqdim edilirdi. KATV1-in “qaynar xətti”nə (127) şikayət etmək isə mümkün olmur. “Qaynar xətt” zəngləri qəbul edir, sistem abonenti operatora yönəldir və müştəriyə uzun müddət “Nazəndə sevgilim” mahnısının pianoda ifası dinlədilir, ardınca isə bağlantı kəsilir.