Laborator analiz verməzdən əvvəl bunu dayandırın - VİDEO

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Vitamin və bioloji aktiv qida əlavələri xəstəliklərin düzgün diaqnozuna və müalicəyə mane ola bilər. Xezerxeber.az xəbər verir ki, son illər vitamin və bioloji aktiv qida əlavələrindən istifadə geniş yayılıb. Xüsusilə saç tökülməsi, dırnaq qırılması və dəri problemlərinə qarşı qəbul edilən preparatlar insanların gündəlik həyatının bir hissəsinə çevrilib. Lakin, mütəxəssislər bildirirlər ki, bu əlavələrin nəzarətsiz istifadəsi təkcə sağlamlıq üçün risk yaratmır, həm də bir sıra xəstəliklərin düzgün diaqnoz qoyulmasına mane ola bilər. Endokrinoloq Lamiyə Nəbibəyli bildirir ki, xüsusilə son dövrlər geniş istifadə olunan biotin tərkibli vitaminlər laborator analizlərin nəticələrinə təsir göstərə bilir. Mütəxəssislər laborator analiz verməzdən 2 və ya 3 gün əvvəl biotin qəbulunu dayandırmağı tövsiyə edirlər. X ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.