800 illik qəsr 1 avroya satılır

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Saksoniyada (Almaniyada) 800 illik qəsr 1 avroya satışa çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Məlumata görə, satışın məqsədi tarixi abidənin bərpası üçün investor cəlb etməkdir: "Tarixi Şnadits qəsri ümumi sahəsi təxminən 1 012 kvadratmetr olan su üzərində inşa edilmiş qaladır. Kompleksə cəngavərlər zalı və iki qüllə daxildir".