Ezonn Xəbər

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. APA xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları, müğənnilər və rəqs kollektivləri çıxış ediblər. Konsert proqramında Azərbaycanın qəhrəmanlıq salnaməsini, Vətən sevgisini, milli ruhu və xalqımızın sarsılmaz iradəsini tərənnüm edən musiqi nömrələri səsləndirilib. İfa olunan vətənpərvərlik mahnıları, rəngarəng səhnə kompozisiyaları və rəqs nömrələri tarixi Qələbənin yaratdığı qürur hissini bir daha yaşadıb. Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb