Ezonn Xəbər

Təhsil planı baş tutmadı, pulunu geri tələb edir - VİDEO

Təhsil planı baş tutmadı, pulunu geri tələb edir - VİDEO
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Övladının xarici universitetə qəbulu üçün müraciət edən valideyn təhsil şirkəti tərəfindən aldadıldığını iddıa edir. “Xəzər Xəbər”ə müraciət edən Günel Ələkbərova deyir ki, Zenit Xaricdə Təhsil şirkəti oğlunun Moskavada bir universitetə qəbul alması və sənədlərinin apostil edilməsi üçün onlara vəd verib. Valideyn bilidir ki, şirkətə 1500 manat xidmət haqqı, 410 manat apostullu sənəd, 567 manat yarım smestr üçün təhsilhaqqı olmaqla 2477 manat ödəniş edib. Apostil olunmuş sənəd isə razılaşdırılmış vaxtda hazır olmayıb. Bu müddətdə isə övladı hərbi xidmətə çağırılaraq qeydiyyata alınıb və təhsil planı baş tutmayıb. Günel Ələkbərova iddia edir ki, artıq üzərindən 1 ay keçməsinə baxmayaraq hələ də onlara apostil olunmuş sənəd verilməyib. Bu gün sabah deyə deyə vaxt uzadılıb övladı artıq əsgər gedir. O, isə razılaşdırılan vaxtda təhsil planı baş tutmadığı üçün ödənişini geri tələb edir. İddialara cavab olarq Zenit xaricdə təhsil şirkətindən isə bildirildi ki, onlar yalnız tələbənin universitetə qəbul almasına cavabdehdirlər və bunu da vaxtında həyata keçiriblər. Opostil olunmuş sənədin gecikməsinə görə məsuliyyət daşımırlar. Şirkətin bildirir ki, sözügedən sənədin verilmə vaxtının 25-30 gün olduğu haqda hər kəsə əvvəlcədən məlumat verilir. X ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.