Kanalizasiya xətti üstündə dava düşdü - VİDEO

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub. Xezerxeber.az xəbər verir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb. Qafqaz küçəsinin sakinləri deyirlər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər. Lakin, indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından sakinlər çətin vəziyyətlə üzləşiblər. Sakinlər deyirlər ki, dəfələrlə məsələylə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət edilib. Qurumdan sakinlərə bildirilib ki, hər iki küçə sakinlərinin problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək. Kəpəz küçəsinin sakinləri isə bildirirlər ki, kanalizasiya xəttini onlar da öz vəsaitləri hesabına çəkdiriblər. Onların sözlərinə görə, digər küçənin sakinlərinin də həmin xəttə qoşulması mövcud problemin öz evlərində də yaranmasına səbəb ola bilər. X ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.