Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələrinin üzvləri ilə görüş keçiriblər. Yenicag.az xəbər verir ki, görüş çərçivəsində şəhid ailələrinin üzvlərinin müraciətləri, onları narahat edən məsələlər və mövcud problemlər diqqətlə dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi edilib. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, onların ailələrinin sosial rifahının, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Şəhid ailələri ilə mütəmadi əlaqələrin saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının və qaldırılan məsələlərin həlli istiqamətində zəruri addımların atılmasının vacibliyi vurğulanıb. Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026