Zəfər tarixinə adını yazdıran ağ xalatlı - VİDEO
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Ağ xalatlarına neçə-neçə qəhrəmanın qanı damlayan həkimlərimizin, tibb bacılarımızın və 44 günlük müharibədə Vətənin mərd oğullarını yenidən həyata qaytaran bütün tibb işçilərimizin rolu danılmazdır. Xezerxeber.az xəbər verir ki, o həkimlərdən biri də Mingəçevir Mərkəzi Xəstəxanasının ümumi cərrahı Kamran Qəfərov olub. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası döyüşlərin getdiyi əraziyə yaxın olmasa da, ağır yaralıların daşındığı xəstəxanada tibbi personal əlindən gələni edib. Müsahibimiz isə hələ 2016-cı il Aprel döyüşlərində könüllü olaraq cəbhəyə yollanıb, vəzifəsini ləyaqətlə icra edib. Vətən müharibəsinin başlanması xəbərini isə işlədiyi xəstəxanada alıb. Həkim deyir ki, o günlərdə soyuqqanlı olmaq mümkün deyildi. Baş verənlər bu gün də gözlərinin önündə canlanır. Bir cərrah kimi əməliyyat masasında bir insanın həyatı uğrunda mübarizə apararkən heç təsəvvür edə bilmirsən ki, sənin həyata qaytardığın, sağalaraq o masadan qalxan yaralı oğullar gələcəkdə hansı şücaətlərə imza atacaqlar. X ezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.