Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
© APA | İranın xarici işlər naziri Abbas Əraqçi İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklif qüvvədə qalır. APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində bildirib. Nazirin sözlərinə görə, Vaşinqton Tehranın tələblərini, o cümlədən bütün cəbhələrdə müharibənin dayandırılması şərtini yerinə yetirərsə, bunun nəticəsini görəcək. “Amerikalı seçicilər öz seçimlərini etdilər. İndi seçim etmək növbəsi Ağ Evindir. İki günlük təklifimiz qüvvədə qalır. Bütün cəbhələrdə müharibənin dayandırılması da daxil olmaqla, tələbləri yerinə yetirin və nəticəsini görün. Yaxud müharibəni seçin və döyüşlərdə təcrübə qazanmış, daim ayıq-sayıq olan döyüşçülərimizin sizə necə cəhənnəm yaşadacağını görün”, – Əraqçi yazıb. Qeyd edək ki, noyabrın 1-də Əraqçi Hörmüz boğazının açılması üzrə iki günlük planla bağlı vasitəçilərlə məsləhətləşmələrin davam etdiyini, lakin hələlik yekun nəticənin əldə olunmadığını açıqlamışdı. O, bundan əvvəl İranın danışıqlar zamanı boğazın açılması planının həyata keçirilməsi müddətini iki günə endirməyə razılaşdığını bildirmişdi. Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub