Xankəndidə bayram konserti keçirildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində bayram konserti təşkil olunub. Axar.az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az -a verilən məlumata görə, konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar. Qeyd edək ki, konsert proqramından sonra Zəfər Günü münasibətilə Xankəndi səmasında bayram atəşfəşanlığının keçirilməsi nəzərdə tutulub.