ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakim Ceffris müdafiə naziri Pit Heqsetin impiçmentinə dair qətnaməni dəstəklədiyini açıqlayıb. "ABC News" telekanalına müsahibəsində Ceffris Heqseti səlahiyyətlərindən sui-istifadə etməkdə və ABŞ-ın milli təhlükəsizliyinə zərər vurmaqda ittiham edib. “Heqsetlə bağlı qətnaməni qətiyyətlə dəstəkləyirəm. Müdafiə naziri adlandırılan bu şəxs səlahiyyətlərindən sui-istifadə edib, milli təhlükəsizliyimizi zəiflədib və İrana qarşı düşünülməmiş, baha başa gələn müharibəni təşkil edib. Bu müharibə amerikalılar üçün qiymətləri kəskin artırıb və ölkəni daha az təhlükəsiz edib. Pit Heqset getməlidir”, – Ceffris bildirib. Demokratların lideri məsələni çərşənbə axşamı partiyadaşları ilə müzakirə edəcəyini deyib. “Düşünürəm ki, bu qətnaməyə son dərəcə güclü dəstək olacaq”, – o vurğulayıb. Bundan əvvəl Kentukki ştatından respublikaçı konqresmen Tomas Massi Heqsetin impiçmenti ilə bağlı qətnaməni yenidən Nümayəndələr Palatasının müzakirəsinə çıxarmağa hazır olduğunu açıqlayıb. Qətnamədə müdafiə nazirinə qarşı səkkiz ittiham irəli sürülür. Bunların arasında ABŞ-ın 1973-cü il Müharibə Səlahiyyətləri Qətnaməsini pozmaq iddiası da var. Heqset ittihamları rədd edib. ABŞ Prezidenti Donald Tramp isə müdafiə nazirinin fəaliyyətini müdafiə edərək onu vəzifəsində saxlamaq niyyətində olduğunu bildirib. ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb