Ezonn Xəbər

Əliyevlə Ərdoğanın Şuşada qardaşlıq mesajı - Birliyimizi heç kim sarsıda bilməz!

Əliyevlə Ərdoğanın Şuşada qardaşlıq mesajı - Birliyimizi heç kim sarsıda bilməz!
Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Şuşaya səfəri və Prezident İlham Əliyevlə görüşü Bakı-Ankara xəttində gərgin görünən abu-havanın aradan qaldırılması və iki prioritetin elan edilməsi baxımından əhəmiyyətli oldu. 1. Liderlər son günlər yaşanan gərginlikdə maraqlı deyil və qardaşlıq münasibətlərinə yanaşma dəyişməyib; 2. Bakıda da, Ankarada da qardaşlıq və strateji münasibətlərlə bağlı güclü siyasi iradə var və bu münasibətləri pozmağa çalışanlara imkan verilməyəcək. Prezidentlərin mətbuata bəyanatlarında verdikləri mesajları bu kontekstdə oxuya bilərik. Prezident İlham Əliyev mesajları... - Birliyi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq; Prezident bildirdi ki, birliyimizi sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar: “Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”. Bu, birliyi pozmaq istəyənlərə xəbərdarlıq hesab oluna bilər. Burada “Şəxsi maraqlar naminə” detalı xüsusilə diqqət çəkir. Bunu yaşanan son gərginlikdə müəyyən şəxslərin, yaxud qrupların rol oynadığı və liderlərin bunu bildiyi kimi oxuya bilərik. - Qarabağ müharibəsində Türkiyənin dəstəyinin unudulmaması; Əliyev Ərdoğana xitabən bəyan etdi ki, tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq: “Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır”. Bu, Türkiyədə Qarabağ müharibəsi ətrafında manipulyativ yanaşmalar fonunda xüsusilə diqqətçəkəndir. Və mesaj belədir ki, Azərbaycan xalqı Türkiyənin müharibə dövründə siyasi və mənəvi dəstəyini yaxşı bilir və bunu unutmayacaq. Ərdoğana hər şey üçün təşəkkür edən Prezidentin “Türkiyənin siyasi və mənəvi dəstəyi” sözləri, ardınca müharibədə 3000 şəhid verdiyimizi xatırlatmasının ünvanı bəllidir. - Azərbaycan-Türkiyə birliyi regional gücdür; Türkiyənin böyük gücə çevrildiyini deyən Prezident “biz birlikdə güclüyük” və “Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir” sözləri ilə Bakı və Ankaranın regional proseslərdə vahid güc olduğu mesajını verdi. - Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır. Əliyevin bəyanatının əsas mesajı məhz budur. Ərdoğanın da çıxışının əsas motivi qardaşlıq və strateji münasibətlər idi. - Liderlər ortaq mövqedən çıxış edir; Türkiyə prezidenti bəyan etdi ki, “2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır”. Liderlər qardaşlıq münasibətlərini pozmaq cəhdlərinin olduğunu və buna qarşı mübarizədə ortaq mövqedən çıxış etdiklərini təsdiqləyirlər. - Qarabağ Zəfəri Azərbaycanındır! Türkiyə Prezidenti bildirdi ki, “altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir”. Ərdoğanın yaxın keçmişin tarixi həqiqətindən bəhs etməsi daha öncə bu məsələ ilə bağlı baş vermiş yanlış anlaşmanın düzəldilməsi və Türkiyədə müəyyən dairələrin Qarabağ Zəfəri ilə bağlı manipulyasiyasına cavab hesab oluna bilər. - Türk dünyasında strateji hədəflər dəyişməyib; Ərdoğan bəyan etdi ki, Azərbaycan-Türkiyə qardaşlığının türk dünyasında da hakim mövqeyə gətirmək üçün var gücümüzlə çalışırıq: “Türk Dövlətləri Təşkilatımızın bu gün çatdığı yüksək səviyyə ortaq iradəmizin və səylərimizin ən bariz nəticəsidir. Fürsətdən istifadə edərək, sədrliyi dövründə Türk dünyasının birlik və möhkəmliyi üçün göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edirəm. İnşallah, biz də sədrliyimiz dövründə təşkilatın daha güclü, daha institusional quruma çevrilməsi üçün səy göstərəcəyik”. Bu, TDT-nin Ankara sammiti ilə bağlı birliyin zəiflədiyi, yaxud münasibətlərdə problemlərin olduğu iddialarına cavab hesab oluna bilər. Hər iki lider verdiyi mesajlar, ümumilikdə Prezident Ərdoğanın Zəfər bayramında Prezident Əliyevlə birlikdə olması Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətlərinin sarsılmazlığını nümayiş etdirdi. Asif Nərimanlı Şavkat Mirziyoyev: "Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir" İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin Zəfər Qarabağ və Şərqi Zəngəzurun iqtisadi gücünü üzə çıxardı: 15 milyardlıq potensial Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı Tariximizin Zəfər salnaməsi: İlham Əliyevin Azərbaycanı qələbəyə daşıyan yolu Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam" 40 milyon soydaşımızın ana dili həsrəti və İranın assimilyasiya siyasəti Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib, Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə gedib. Publika.az “Haber Global”a istinadən xəbər verir ki, ölkə lideri helikopterlə yanğın bölgəsinə baxış keçirib. "Yalnız Ukrayna öz gələcəyi ilə bağlı qərar vermək hüququna malikdir" Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Twitter" mikrobloqunda yazıb. O, Kiyevin arxasınca razılaşmalara qarşı çıxış edib: "Ukrayna - və yalnız Ukrayna - onlara nəyin uyğun olduğuna qərar verir. Ukraynasız Ukrayna haqqında heç nə yoxdur! Biz danışıqlardan uzağıq, çünki Putin "diktə edilmiş sülh"ə inanır. Bizim kursumuzda qalmağımız daha vacibdir". O, həmçinin vurğulayıb ki, Aİ, NATO və G7 qarşıdan gələn sammitlərdə dünya demokratik dövlətlərinin Putin imperializminə qarşı mübarizədə bir yerdə olduğunu nümayiş etdirməlidir. Xatırladaq ki, Şolz daha əvvəl demişdi ki , Rusiya Federasiyasına qarşı sanksiyalar Ukrayna ilə “ədalətli razılaşma” əldə olunana qədər davam edəcək. Onun sözlərinə görə, Almaniya Krımın ilhaqını qəbul etməyəcək, çünki bu, beynəlxalq hüququ pozacaq. "Külək və temperaturun artması yanğını yenidən alovlandırdı".