Ezonn Xəbər

Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı

Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Qaxda TIR mikroavtobusa çırpılıb, sərnişin mikroavtobusu dərəyə aşıb. Axar.az -ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Ləkit kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan TIR tipli yük avtomobili "Mercedes" markalı mikroavtobusa arxadan çırpılıb. Zərbənin təsirindən içərisində sərnişinlərin də olduğu mikroavtobus yoldan çıxaraq dərəyə aşıb. Qeyd edək ki, TIR-ın yük yerində digər avtomobillər də olub.