İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İsraildə ərəb siyasi partiyalarının “Birləşmiş Siyahı” koalisiyası yeni hökuməti formalaşdırmaq tapşırığı alan müxalifət lideri Qadi Ayzenkotla əməkdaşlığa hazır olduğunu bildirib. “Al Jazeera” telekanalının məlumatına görə, bunu koalisiyanın rəhbəri Yusif Cabarin açıqlayıb. “Biz qeyri-rəsmi məsləhətləşmələr apardıq və Ayzenkotun nümayəndələrindən ərəb əhalisini narahat edən problemlərlə bağlı müsbət fikirlər eşitdik. Onunla əməkdaşlıq edəcəyik, lakin hökumətə daxil olmayacağıq”, – Cabarin bildirib. Onun sözlərinə görə, ərəb deputatlarının dəstəyi Benyamin Netanyahunun yenidən baş nazir vəzifəsinə qayıtmasının qarşısını almaq baxımından əhəmiyyətlidir. Cabarin İsrailin ciddi siyasi dəyişikliklər üçün imkan yarada biləcək tarixi mərhələdən keçdiyini vurğulayıb. “Birləşmiş Siyahı ilə koordinasiya olmadan Ayzenkotun Knessetdə öz proqramını həyata keçirməsi çətin olacaq”, – o qeyd edib. Xatırladaq ki, oktyabrın 27-də keçirilən parlament seçkilərində ərəb partiyaları ümumilikdə 19 mandat qazanıblar. Bunlardan 11-i “Birləşmiş Siyahı”ya, 8-i isə “Raam” partiyasına məxsusdur. Noyabrın 8-də İsrail Prezidenti İshak Hersoq Ayzenkota yeni hökuməti formalaşdırmaq mandatı verib. Siyasətçinin parlamentdə çoxluğun dəstəyini qazanmaq üçün ilkin olaraq 28 günü var. İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib