Moskvada ticarət mərkəzi yandı: 1500 nəfər təxliyə edildi

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiyanın paytaxtı Moskvada "RIO Sevastopolskiy" ticarət mərkəzlərində yanğın baş verib. Axar.az TASS-a istinadən xəbər verir ki, yanğınla əlaqədar binadan 1500 nəfər təxliyə edilib. Daha sonra yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.