Ezonn Xəbər

İran ABŞ ilə təmasların dayandırılmasının səbəbini açıqladı

İran ABŞ ilə təmasların dayandırılmasının səbəbini açıqladı
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. İranla ABŞ arasında vasitəçilər vasitəsilə aparılan təmaslarda yaranan fasilə ABŞ-da keçirilmiş aralıq seçkilərinin nəticələri ilə bağlıdır. Yenicag.az xəbər verır ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət teleradio şirkətinə açıqlamasında bildirib. “Artıq bir neçə gündür ki, seçkilərin nəticələrinə görə vasitəçilər tərəfindən səfərlər həyata keçirilmir. Təmasların bərpası üçün əlverişli şəraitin yaranmasına müəyyən vaxt lazımdır”, – nazir qeyd edib. Əraqçi bundan əvvəl İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklifin qüvvədə qaldığını açıqlamışdı. O, Vaşinqtonu Tehranın tələblərini, o cümlədən bütün cəbhələrdə müharibənin dayandırılması şərtini yerinə yetirməyə çağırmış, əks halda hərbi qarşıdurmanın davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi. Ən son xəbərləri bizim Threads kanalımızda izləyin @yenicagmedia “Yeni Çağ” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırır, müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. AZ1138, Şərifzadə küç., 168A, 2-ci bina, 2-ci mərtəbə, m.1 Bütün hüquqları qorunur. Yeni Çağ Media Group - © 2007-2026