Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Almaniyada yeni yaradılan “Gen Z regelt! Studis” (“Z nəsli qərar verir! Tələbələr”) hərəkatı noyabrın 20-də ümumavropa etiraz aksiyalarına qoşularaq ölkənin ali təhsil müəssisələrində kütləvi tətil keçirməyi planlaşdırır. DPA agentliyinin məlumatına görə, təşəbbüs qrupunun nümayəndəsi bildirib ki, aksiyanın əsas məqsədi universitetlərdə tədris prosesinin mümkün qədər tam dayandırılmasına nail olmaqdır. Hərəkatın təsis toplantısında Almaniyanın 35 universitet və institutunu təmsil edən 90-dan çox nümayəndə iştirak edib. Təşkilatçıların sözlərinə görə, tətilin keçirilməsi ilə bağlı yekun qərar noyabrın 20-dən əvvəl bir sıra ali təhsil müəssisələrində təşkil olunacaq ümumi tələbə yığıncaqlarında səsvermə yolu ilə qəbul ediləcək. “Biz kiçik və lokal aksiyalar deyil, yüzlərlə tələbənin həmrəylik nümayiş etdirərək dərslərin dayandırılmasına səs verəcəyi genişmiqyaslı etirazlar keçirmək istəyirik”, – təşəbbüs qrupundan bildirilib. Etirazçıların əsas tələbləri arasında təhsil sahəsinə dövlət maliyyələşməsinin əhəmiyyətli dərəcədə artırılması, akademik heyətlə qısamüddətli əmək müqavilələrinin bağlanmasının qanunla qadağan edilməsi, var-dövlət vergisinin tətbiqi və universitetlərdə hərbi tədqiqatların tam dayandırılması yer alır. Hərəkat, həmçinin Almaniya Kansleri, Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Mertsin istefasını tələb edir. Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub