Ezonn Xəbər

“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib

“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Cevad Prekazi 69 yaşında vəfat edib. Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub əfsanəvi futbolçusunun vəfatı ilə bağlı başsağlığı mətni yayımlayıb. “Unudulmaz qolları və yaşatdığı sevinclərlə bir nəsli "Qalatasaray" azarkeşinə çevirən Prekazi qəlbimizdə daim yaşayacaq. Səni unutmayacağıq”, – deyə açıqlamada bildirilib. 1957-ci ildə anadan olan Prekazi 1985–1991-ci illərdə “Qalatasaray”ın formasını geyinib. O, İstanbul klubu ilə iki dəfə Türkiyə çempionu, bir dəfə ölkə kubokunun və üç dəfə Superkubokun qalibi olub. Qeyd edək ki, sabiq yarımmüdafiəçi karyerası ərzində “Partizan”, “Hayduk Split”, “Altay” və “Bakırköyspor” klublarında da çıxış edib. “Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb