Ezonn Xəbər

Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb

Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. ABŞ dövlət katibi Marko Rubio Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib. APA xəbər verir ki, bu barədə o, G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib. “Ola bilsin ki, sabah Əbu-Dabidə müəyyən irəliləyiş əldə olunsun. Cared Kuşner və Stiv Uitkoff ora yollanırlar. Düşünürəm ki, onlar artıq yoldadırlar”, – Rubio bildirib. ABŞ dövlət katibi Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda təhlükəsizlik zəmanətlərinin əsas müzakirə mövzularından biri olduğunu vurğulayıb. “Rusiya və Ukrayna haqqında danışdığımız bütün müddət ərzində bir məsələ daim gündəmə gəlir – təhlükəsizlik zəmanətlərinin zəruriliyi, müharibədən sonra Ukraynanın və daha geniş mənada Avropa qitəsinin təhlükəsizlik arxitekturasının necə qurulacağı. Bu, hər bir müzakirədə qaldırılan əsas məsələlərdən biridir”, – o qeyd edib. Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskovun məlumatına görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək. Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib “Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb