Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ ilə İran arasında aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb və tərəflər razılaşmaya yaxın deyillər. APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Parisə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib. “İranla danışıqlarda irəliləyişlə bağlı sizə deyə biləcəyim heç nə yoxdur. Düşünürəm ki, bu istiqamətdə nələrin baş verdiyini özünüz də görürsünüz. Bir sıra ölkələr İranla əlaqələri davam etdirərək müxtəlif təkliflər irəli sürürlər. Lakin mən deyə bilmərəm ki, biz hansısa ciddi dönüş nöqtəsinin astanasındayıq”, – Rubio qeyd edib. ABŞ dövlət katibi danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri kimi Tehranın irəli sürdüyü tələbləri göstərib. “Hazırda danışıqlar o qədər də məhsuldar deyil. Çünki İranın tələbləri sadəcə qəbuledilməz deyil, bəzi hallarda hədsiz, absurd və tamamilə qeyri-realdır”, – o vurğulayıb. Bununla belə, Rubio ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla qarşıdurmanı diplomatik yollarla həll etməyə üstünlük verdiyini bildirib. “Prezident bu və digər bütün problemlərin diplomatik vasitələrlə həllinə üstünlük verir. Təəssüf ki, bu, hər zaman mümkün olmur. Lakin belə bir imkan varsa, biz onu nəzərdən keçirəcəyik”, – dövlət katibi əlavə edib. Rubio İranla razılaşmanın əldə olunması üçün vasitəçi ölkələrin səylərinin davam etdiyini, lakin hazırkı mərhələdə diplomatik prosesdə ciddi dönüş gözləmədiyini diqqətə çatdırıb. Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib “Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO