Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bildirib. Bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb. “Düşünürəm ki, razılaşmanın əldə olunmasına çox yaxınıq”, – Tramp Ukraynadakı vəziyyəti şərh edərkən deyib. ABŞ lideri danışıqların uğurla nəticələnəcəyinə inandığını, lakin yekun razılaşmadan sonra Ukraynanın ərazi baxımından müəyyən dəyişikliklərə məruz qala biləcəyini vurğulayıb. “Düşünürəm ki, buna nail olacağıq. Hesab edirəm ki, bu baş verəcək və nəticədə Ukraynanın forması bir qədər fərqli olacaq”, – Tramp bildirib. Bununla belə, ABŞ Prezidenti mümkün ərazi dəyişikliklərinin konkret olaraq hansı bölgələri əhatə edə biləcəyini açıqlamayıb. Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib "Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib “Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb