Ezonn Xəbər

Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır

Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Böyük Britaniyada barələrində deportasiya qərarı çıxarılmasına baxmayaraq, təxminən 20 min əcnəbi cinayət törətmiş şəxs ölkə ərazisində qalmaqda davam edir. Nəşrin yazdığına görə, Böyük Britaniyadan deportasiya edilənlərin sayı 2020-ci ildə 8 min nəfər olduğu halda, 2025-ci ildə 36 min nəfərə çatıb. Bununla belə, deportasiya olunanların 30 faizindən azını cinayət törətmiş əcnəbilər təşkil edib. Məlumata əsasən, məhkum olunmuş Somali vətəndaşlarının yalnız 1,9 faizi ölkədən çıxarılıb. Bu göstərici Yamayka vətəndaşları arasında 3,1 faiz, Nigeriya vətəndaşları arasında isə 4,8 faiz olub. İraq, Zimbabve, Əlcəzair və Vyetnam vətəndaşları arasında da deportasiya göstəricilərinin olduqca aşağı olduğu bildirilir. Qəzet qeyd edir ki, Konqo Demokratik Respublikasının məhkum edilmiş 161 vətəndaşından yalnız biri vətəninə deportasiya olunub. “The Times” konkret cinayət işlərindən birinə də diqqət çəkib. Nəşrin məlumatına görə, zorlama cinayətinə görə 17 il müddətinə azadlıqdan məhrum edilən Nigeriya vətəndaşı ölkədən deportasiya olunmayıb. Həmin şəxs hökm çıxarılan vaxt başqa bir zorlama ittihamı üzrə girov müqabilində azadlıqda olub. Bildirilir ki, onun deportasiya edilməməsi insan hüquqları ilə bağlı hüquqi əsaslarla izah olunub. Böyük Britaniya, deportasiya, miqrantlar, əcnəbi cinayətkarlar, The Times, London, miqrasiya siyasəti, məhkumlar Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib "Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib