Ezonn Xəbər

Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib

Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. © APA | ABŞ Prezidenti Donald Tramp və ABŞ-ın dövlət katibi Marko Rubio ABŞ Prezidenti Donald Tramp dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubionu 2028-ci ildə keçiriləcək prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib. Bu barədə Tramp noyabrın 6-da CBS News telekanalına verdiyi müsahibədə bildirib. ABŞ liderindən növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının namizədini dəstəkləyib-dəstəkləməyəcəyi soruşulub. “Ola bilər, amma mütləq deyil. Bizim çox güclü namizədlərimiz var. Əla münasibətlərimin olduğu çox sayda insan var”, – Tramp cavab verib. Prezidentdən vitse-prezident Cey Di Vensdən başqa kimləri mümkün namizəd hesab etdiyi soruşulduqda o, Marko Rubionun adını çəkib. “Məncə, Marko möhtəşəmdir. Amma başqaları da çoxdur və onların adlarını çəkməməyi üstün tutardım. Bir neçə senator var ki, onlar da olduqca yaxşıdırlar”, – Tramp bildirib. ABŞ Prezidenti seçki prosesinə müdaxilə edib-etməyəcəyi barədə hələ qərar vermədiyini vurğulayıb. “Ola bilsin, müdaxilə edim, bəlkə də yox. Bəlkə də qarışmamağım daha yaxşı olar. Düşünürəm ki, bunu etsəm, böyük təsiri olacaq. Çünki mənim dəstəyim həmişə böyük əhəmiyyət daşıyıb”, – o əlavə edib. Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib "Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir