Ezonn Xəbər

Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb

Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. ABŞ Prezidenti Donald Tramp 2029-cu ilin yanvarında səlahiyyət müddəti başa çatmazdan əvvəl köməkçiləri və müşavirləri üçün çoxsaylı qabaqlayıcı əfv qərarları imzalamaq niyyətində olduğunu bildirib. Bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb. “Mən çox sayda əfv qərarı imzalamaq niyyətindəyəm”, – Tramp deyib. ABŞ lideri zarafatla bildirib ki, ikinci prezidentlik dövründə Ağ Evin Oval kabinetinə hətta min mil məsafədə yaxınlaşmış şəxsləri belə demokratların mümkün hüquqi təqiblərindən qorumaq istəyir. “Mən istəmirəm ki, ölkəyə xidmət edən və işini əla yerinə yetirən insanlar həyatlarının qalan hissəsini mənim kimi keçirsinlər. Mən dörd ilimi radikal şəxslərdən və ağılsız insanlardan müdafiə olunmağa sərf etdim”, – prezident qeyd edib. Trampdan özünə də qabaqlayıcı əfv tətbiq edib-etməyəcəyi soruşulub. O, buna ehtiyac görmədiyini bildirsə də, belə bir addımın əsassız olmayacağını vurğulayıb. ABŞ Prezidenti özünü əfv etmək səlahiyyətinə malik olub-olmadığı barədə suala isə “Bəli, belə hesab edirəm”, – deyə cavab verib. Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib "Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub