Ezonn Xəbər

Rusiyadan İrəvana: "Başqa istiqamətə getmək mümkün deyil"

Rusiyadan İrəvana: "Başqa istiqamətə getmək mümkün deyil"
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ermənistan Avropa Birliyi (AB) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olacaq. Lakin başa düşmək lazımdır ki, Ermənistanın maraqlarına Aİİ-yə üzvlüyünü qoruyub saxlaması uyğundur. Axar.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib. "Rusiya öz mövqeyi barədə olduqca açıq və səmimi danışır: başqa bir istiqamətə yönəlmək alınmayacaq. Üstəlik, biz başa düşməliyik ki, AB hazırda bir neçə il əvvəlki AB deyil. Bu, o cümlədən Rusiya ilə münasibətlər kontekstində də belədir. Ona görə də seçim etmək lazımdır. Əlbəttə ki, Ermənistanın maraqlarına uyğun olan Aİİ-yə üzvlüyünü qoruyub saxlamasıdır. Çünki bu üzvlük ölkəyə həqiqətən də ciddi üstünlüklər verir. Faktlar göstərir ki, Aİİ-də iştirak Ermənistan üçün əmtəə dövriyyəsinin və ÜDM-in artımı baxımından faydalıdır. Lakin təbii ki, seçim Ermənistanın və erməni xalqının öz ixtiyarındadır. Biz isə bu seçimin mümkün qədər tez edilməsini istəyirik" ,- o bildirib. Rusiyanın bəzi Ermənistan məhsullarının ölkəyə idxalına tətbiq etdiyi müvəqqəti məhdudiyyətlərə toxunan diplomat bildirib ki, bu məsələdə Rusiya bazarına, o cümlədən Aİİ üzvü olan ölkələrdən gətirilən məhsulların təhlükəsizliyinə cavabdeh olan "Rospotrebnadzor" və "Rosselxoznadzor" qurumlarının rəsmi mövqeyini əsas götürür.