Ezonn Xəbər

Əksər rayonlara qar yağır - FAKTİKİ HAVA

Əksər rayonlara qar yağır - FAKTİKİ HAVA
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə Lent.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə leysan xarakterli intensivdir. Bəzi dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü: Şahdağda 29, Qrızda 27, Xınalıqda 25, Sarıbaşda (Qax) 23, Əlibəydə (Zaqatala) 22, Qusarda (Laza) 20, Kişçayda (Şəki) 17, Gədəbəydə 11, Daşkəsəndə 10, Xaltanda 8, Kəlbəcərdə 7, Laçın, Qubadlı, Altıağacda 4, Şuşa, Şahbuzda 2, Lerik və Göygöldə 1 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 21 (aylıq normanın 72%-i), Maştağada 15, Binədə 9, Pirallahıda 7, Sumqayıtda 3 mm-dir. Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Astarada 41, Oğuzda 40, Şəkidə 30, İsmayıllı, Yardımlıda 29, Lənkəranda 26, Qəbələdə 24, Göyçayda 22, İmişlidə 20, Balakəndə 19, Beyləqan, Cəfərxanda 17, Qubada 16, Ağdam, Tərtər, Sabirabadda 15, Kürdəmirdə 14, Cəlilabad, Bərdə, Ordubadda 13, Zərdab, Şamaxıda 12, Ağsu, Mingəçevir, Qobustanda 11, Biləsuvar, Naftalan, Goranboy, Şərur, Naxçıvanda 9, Yevlaxda 8, Sədərəkdə 7, Xaçmaz, Şabranda 5, Neftçala, Şəmkir, Culfada 4, Gəncədə 3, Cəbrayılda 1 mm-dək qeydə alınıb. Xankəndinə sulu qar, Xocalı və Füzulidə isə yağış yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala, Tovuzda 20, Mingəçevir, Şabran, Naftalanda 18, Naxçıvanda 16 m/s-dək güclənir. 10:30 Əksər rayonlara qar yağır - FAKTİKİ HAVA 10:11 Mayami deyil: Lionel Messi Floridada necə yaşayır? 09:50 Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu 09:39 Şəki Qəbələ və Lerikə qar yağdı - VİDEO 09:23 Yaşayış binasında yanğın zamanı 14 nəfər öldü - VİDEO 09:05 Mehriban Əliyevadan Bayraq Günü PAYLAŞIMI 08:16 Sibirdə 2800 illik məzardan təxminən 1000 toxum tapıldı 07:27 Avropanın qədim meşələri düşündüyümüz kimi olmayıb – Yeni araşdırma 06:40 Marsda sirli qaz sızması aşkarlandı – Planetin daxilində vulkanlar aktiv ola bilər