Ezonn Xəbər

"Bitcoin"in qiyməti 74,2 min dollara kimi enib

"Bitcoin"in qiyməti 74,2 min dollara kimi enib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin əksəriyyətində ucuzlaşma qeydə alınıb. “ APA -Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin” son sutkada 2% ucuzlaşaraq 74 201.19 ABŞ dollarına enib. Kriptovalyutanın qiyməti son 7 gündə isə 4,89% azalıb. “Ethereum” 2 120.06 dollara, BNB 681.50 dollara kimi ucuzlaşıb. “XRP” 6,04% ucuzlaşaraq 1.09 dollara, “Solana” da 3,23% ucuzlaşaraq 86.23 dollara enib. Bununla yanaşı, “Dogecoin” 2,96% ucuzlaşaraq 0.06899 dollara, “Hyperliquid” 4,06% azalaraq 74.22 dollara, “Zcash” 3,75% geriləyərək 1 214.38 dollara düşüb. “Monero”nun qiyməti isə 0,23% azalaraq 595.43 dollar təşkil edib. Qeyd edək ki, son 24 saat ərzində yalnız bəzi rəqəmsal aktivlərdə cüzi artım qeydə alınıb. Belə ki, “TRON” 1,07% ucuzlaşsa da, son 7 gündə 0,99% bahalaşıb. “Tether” və “USD Coin”in qiymətlərində isə ciddi dəyişiklik olmayıb. "Bitcoin"in qiyməti 74,2 min dollara kimi enib Yağıntılı hava davam edir, bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA Tehranda Azərbaycanın Zəfər Günü qeyd olunub - FOTO Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib Çində binada yanğın nəticəsində 14 nəfər ölüb Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv qərarları imzalayacağını açıqlayıb Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - YENİLƏNİB - FOTO Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşır Tramp Marko Rubionu 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri kimi göstərib ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır