Almaniyada tarixi dəyişiklik: Ölkənin ilk qadın prezidenti kim olacaq?

Ezonn TV «Publika.az» mənbəsinə istinadən xəbər verir.
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti vəzifəsinə İlze Aignerin namizədliyini dəstəkləyib. Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, Merts Berlində Xristian-Demokrat İttifaqının (XDİ) üzvlərinin şam yeməyi zamanı Aignerə dəstəyini ifadə edib. Kanslerin ona dəstəyini bu gün rəsmən açıqlayacağı gözlənilir. Nəşrin qeyd etdiyi kimi, əvvəllər öz partiyası daxilində XDİ-dən namizəd irəli sürə bilmədiyinə görə təzyiqlərlə üzləşən kansler Aignerə dəstək verməkdən çəkinirdi. Aignerin namizədliyini isə XDİ-nin Bavariyadakı müttəfiq partiyası olan Xristian-Sosial İttifaqının (XSİ) lideri Markus Söder fəal şəkildə irəli sürürdü. Agentliyin həmsöhbətinin sözlərinə görə, Merts və Aigner arasında sıx şəxsi münasibətlər var. Onlar kanslerin bağ evinin yerləşdiyi Bavariyada, Aignerin seçki dairəsində mütəmadi olaraq görüşürlər. Qeyd edək ki, Merts daha əvvəl Almaniyada idarəetmədə yenilənmə aparmaq məqsədilə Nina Varkeni öz administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Bununla da Varken Almaniyada bu vəzifəni tutan ilk qadın olub. Şavkat Mirziyoyev: "Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir" Polşada iki günlük ümummilli matəm elan edildi Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı Krakovda hərbçi dinc sakinləri atəşə tutdu - 6 nəfər öldü, çox sayda yaralı var / VİDEO Lionda etiraz aksiyası gözyaşardıcı qazla dağıdıldı Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO) Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib, Prezident Rəcəb Tayyib Ərdoğan əraziyə gedib. Publika.az “Haber Global”a istinadən xəbər verir ki, ölkə lideri helikopterlə yanğın bölgəsinə baxış keçirib. "Yalnız Ukrayna öz gələcəyi ilə bağlı qərar vermək hüququna malikdir" Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts "Twitter" mikrobloqunda yazıb. O, Kiyevin arxasınca razılaşmalara qarşı çıxış edib: "Ukrayna - və yalnız Ukrayna - onlara nəyin uyğun olduğuna qərar verir. Ukraynasız Ukrayna haqqında heç nə yoxdur! Biz danışıqlardan uzağıq, çünki Putin "diktə edilmiş sülh"ə inanır. Bizim kursumuzda qalmağımız daha vacibdir".