Ezonn Xəbər

Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə TƏBRİK

Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə TƏBRİK
Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir. Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan xalqını 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında edilib. Azərbaycanlı qardaşlarımızın 9 Noyabr – Dövlət Bayrağı Günü mübarək olsun!” – paylaşımda qeyd olunub. Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.