Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir.
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir.\"Report\" xəbər verir ki, hərbi qulluqçuların iştirakı ilə saat 11:00-da başlayan yürüşlər 13:00-dək davam edəcək.Yürüşlər aşağıdakı marşrutlar üzrə həyata keçirilir:- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - Dəniz vağzalı;- Şəhidlər Xiyabanı - \"Alov Qüllələri\" Kompleksi - Çəmbərəkənd parkı - \"İçərişəhər\" metrosu - İçərişəhər Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı, Azneft dairəsi - Bəhram Gur heykəli;- Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış Parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikası Mərkəzi Bankı - \"28 Mall\" Ticarət mərkəzi;- \"Olimpik Star\" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı.Qeyd edək ki, həmçinin yürüşlər Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə və prospektlərində də təşkil olunur.